Gözəl Bayramlının işi üzrə ibtidai istintaq başa çatıb
01 noyabr 2017 18:44 (UTC +04:00)

Gözəl Bayramlının işi üzrə ibtidai istintaq başa çatıb

Həbsdə olan AXCP sədrin müavini Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

 

Vəkil bildirib ki, istintaqın bitməsi ilə bağlı qərar olanlara elan olunub və tanışlıq mərhələsinə keçilib.

 

 

 

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar