Həm qayığı , həm də özü xilas edilib
07 iyul 2013 03:02 (UTC +04:00)

Həm qayığı , həm də özü xilas edilib

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, “Dostluq” çimərliyi istiqamətində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3500 metr sola, 700 m dənizin içərisinə doğru) şəxsi qayıqla dənizə gəzintiyə çixaraq, mühərrikin sıradan çıxması  barədə məlumat daxil olub.

Lent.az-ın FHN-inin saytına istinadən məlumatına görə, qurumun “Bakı” dalğıc-axtarış qrupunun  bir xilasedicisi və “Şıx-2” sularda xilasetmə məntəqəsinin bir  xilasedicisi bir ədəd 4 metrlik qayıqla hadisə yerinə göndərilib.

 Xilasedicilər tərəfindən bir nəfər  xilas  edilib və ona məxsus qayıq da yedəyə alınaraq sahilə çıxarılıb.

 Əməliyyat saat 22:30-da başa çatıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar