İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi
26 oktyabr 2017 09:40 (UTC +04:00)

İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi

 
 
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
 
Hakimlər kollegiyasının qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.
 
 
Qeyd edək ki, M.Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 
 
Belə ki,  M.Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.
 
 
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
 
 
Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.
M.Mustafayev apellyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
 
Onu da qeyd edək ki, M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.
O ifadəsində bildirib ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi E.Quliyev və onun müavini İlqar Əliyev ondan başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.
 
 
E.Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
 
 
Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10