İran “Facebook” və “Twitter”ə girişi yenidən bağladı
17 sentyabr 2013 16:22 (UTC +04:00)

İran “Facebook” və “Twitter”ə girişi yenidən bağladı

İranda “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi yenidən bağlayıb.

 

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İranın internetə nəzarət üzrə idarəsinin təmsilçisi Əbdülsəməd Xoramabadi bu gün jurnalistlərə açıqlamasında deyib ki, ötən gecə “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişin bağlanması sahəsində texniki problem yaranıb.

 

Əbdülsəməd Xoramabadi texniki problemin qısa müddətdə aradan qaldırıldığını və ölkədə bu sosial şəbəkələrə girişin yenidən bağlandığını söyləyib.

 

Qeyd edək ki, sentyabrın 16-dan 17-nə keçən gecə 4 il ərzində ilk dəfə İranda  “Facebook” və “Twitter” sosial şəbəkələrinə giriş açılıb. Bu sosial şəbəkələrə giriş 2009-cu il prezident seçkiləri dönəmində bağlanıb. Bundan öncə İran prezidenti Həsən Ruhani ölkədə internetlə bağlı senzuranı yüngülləşdirəcəyini bəyan etməsi fonunda dünyanın aparıcı KİV-ləri bunu İran hakimiyyətinin  “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi açması hesab edib, bu barədə xəbər yayıb.  Hətta iranlı istifadəçilər bununla bağlı İran prezidenti Həsən Ruhaniyə təşəkkür də edib.

 

Xatırladaq ki, İranda 17 milyon “Facebook”   istifadəçisi var.

 

# 727
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51