Mikroavtobusun yük maşını ilə toqquşması zamanı ölənlərin adı məlum oldu
24 oktyabr 2014 11:44 (UTC +04:00)

Mikroavtobusun yük maşını ilə toqquşması zamanı ölənlərin adı məlum oldu

 

Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.


 

Baş Dövlət Yol Polisi İdarəsindən  APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 19-cu kilometrliyində 1973-cü il təvəllüdlü  Rafiq Kamran oğlu Səfərəliyevin idarə etdiyi mikroavtobusla, 1954-cü il təvəllüdlü Ələddin Şamil oğlu Allahverdiyevin idarə etdiyi yük avtomobili toqquşub.

 

Qəza zamanı mikroavtobusda olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ağgül Tural qızı Ərşadlı və 1997-ci il təvəllüdlü Veys Abdulla oğlu Abdullayev hadisə yerində ölüblər.

 

Baş verən qəza ilə bağlı 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını pozma , iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

Qəzada xəsarət alan 14 nəfər isə KliniK Tibbi Mərkəzə (KTM) yerləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093

Oxşar yazılar