Üstündə narkotik tapılan şəxsə bəraət verildi
09 iyul 2018 19:35 (UTC +04:00)

Üstündə narkotik tapılan şəxsə bəraət verildi

Narkotikdə təqsirləndirilən Əhməd Yusifova bəraət verilib.

 

Bu barədə Lent.az-a  onun vəkili Elnur Quliyev məlumat verib.

 

Vəkil bildirib ki, müdafiə etdiyi Əhməd Yusifov Mingəçevir polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən 4,5 qram narkotik vasitə aşkarlanıb.

 

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə o, 1 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

 

Şəki Apellyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar