
Neft buruqlarından oğurluq edənlər tutuldu
Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.
İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
3 may 2025 , 19:24
Türkiyə parlamentinin sədr müavini vəfat etdi
3 may 2025 , 17:32
Şəmkirdə gənc oğlan özünü asdı
3 may 2025 , 16:27
Bu azərbaycanlı Türkiyədən QOVULDU - Digərinə cinayət işi AÇILDI
3 may 2025 , 16:21
Abşeronda müəllim kredit borcuna görə özünü asdı
3 may 2025 , 14:28
Bakıda iki qardaş narkotiklə tutuldu
3 may 2025 , 12:50
Sumqayıtda yük maşını qadını vurub öldürdü
3 may 2025 , 12:39