Oğuza 1 milyon manat ayrıldı - SƏRƏNCAM
10 iyul 2013 19:05 (UTC +04:00)

Oğuza 1 milyon manat ayrıldı - SƏRƏNCAM

0

Prezident  İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar