
Ölümə səbəb olan sürücünü...
Aprelin 25-də Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu ərazisində Anar Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Ford” markalı 15-BS-013 dövlət nömrə nişanlı mikroavtobus ilə Elnur Allahverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı 90-LZ-187 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində Məmmədqulu Soltanov və Xumnaz Zeynalovanın zərər çəkməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdı.
Respublika Baş Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 27-də M.Soltanovun aldığı xəsarətlərdən vəfat etməsi ilə əlaqədar cinayət işi həmin Məcəllənin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilmişdir.
İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Aparılmış istintaqla hadisənin A.Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
A.Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Bakıda maşın kişini vurub öldürdü
14 may 2025 , 09:23Gəncədə güclü külək və leysan fəsadlar törətdi
14 may 2025 , 08:39
Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
14 may 2025 , 08:13Gəncədə küçələri su basdı-VİDEO
14 may 2025 , 00:26
Lənkəranda "Audi"nin vurduğu qadın öldü-VİDEO
14 may 2025 , 00:10
Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT: onun adı ilə yazışdılar
13 may 2025 , 22:47
Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb
13 may 2025 , 19:37