
Bakıda qadını qatar vurub: YENİLƏNİB
"Hadisə bu gün saat 08:23-də baş verib".
Bu barədə Lent.az-a “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib. O qeyd edib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib:
"Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası çağırılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb".
Hadisə ilə bağlı araşdırma aparılır.
***
10:03
Bakı şəhəri Keşlə qəsəbəsinin "Çerment körpüsü" kimi tanınan ərazisində qatar 32 yaşlı qadını vurub.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həmçinin xəstəxanadan yaralının vəziyyətinin kritik olduğu bildirilib.
Oxşar yazılar

Avtomobil 75 yaşlı qadını vurub öldürdü
17 avqust 2025 , 22:27İsmayıllıda avtomobil aşdı - Xəsarət alanlar var
17 avqust 2025 , 22:23
Təyyarə qəzaya uğradı - Ölənlər var
17 avqust 2025 , 21:45
Bloger-jurnalist İlhami Nəsibov həbs edildi
17 avqust 2025 , 16:21
Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31
Şəkidə yol qəzası baş verdi, ölən var-YENİLƏNİB
17 avqust 2025 , 09:31
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29