Rusiyada 11 il cəza çəkən azərbaycanlı Bakıda azadlığa buraxıldı
10 noyabr 2017 12:19 (UTC +04:00)

Rusiyada 11 il cəza çəkən azərbaycanlı Bakıda azadlığa buraxıldı

Rusiyada həbs edilərək 11 il cəza çəkib ölkəsinə ekstradisiya edilən Knyaz Quliyevin cəzasının Azərbaycan qanunvericiliyi ilə tənzimlənməsinə dair məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Knyaz Quliyev Rusiyada oğurluq və digər cinayətlərdə təqsirli bilinərək 2005-cı ildə həbs edilib. Rusiya Məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə 1 il qalmış isə Azərbaycana ekstradisiya edilib.

 

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs cəzasının böyük bir hissəsini çəkdiyini deyib.

 

 

Məhkəmədə Hakimlər Kollegiyasının qərarına əsasən Knyaz Quliyev cəzasının qalan hissəsindən azad olunmaqla məhkəmə zalından azadlığa buraxılıb.

 

 

Qeyd edək ki, Knyaz Quliyev bu il Azərbaycana ekstradisiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar