Salyanda 2 maşını toqquşub: bir nəfər ölüb
03 dekabr 2013 23:07 (UTC +04:00)

Salyanda 2 maşını toqquşub: bir nəfər ölüb

0

Salyanda baş verimiş qəzada 1 nəfər dünyasını dəyişib.Baş Dövlət Yol Polis İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 87-ci kilometrliyində Salyan rayonunun  Şörsulu kəndi ərazisində qeydə alınıb.

 

Astara rayon sakini  Xasməmməd  Abdulhəsən oğlu Həmidov “Ford Tranzit “ markalı  yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn  Massallı rayon sakini,  27 yaşlı  Taleh  Valeh oğlu Məmmədovun  idarə etdiyi   “Mersedes” markalı  90 KV 383 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

 

Qəza zamanı  “Ford” markalı avtomobilin  sürücüsü  Xasməmməd Həmidov  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

 

Qəzaya səbəb “Ford”  markalı yük avtomobilinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi  bildirilir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1114

Oxşar yazılar