Şeyx özünə yeni müavin götürdü
12 iyul 2013 12:07 (UTC +04:00)

Şeyx özünə yeni müavin götürdü

0

 

 

 

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yeni kadr təyinatı olub. Lent. az-ın modern.az-a istinadən verdiyi məlumata görə, QMİ sədri Allahşükür Paşazadə hacı Fuad Nurullayevi özünə yeni müavin təyin edib. Bu məlumatı Nurullayevin özü təsdiq edib.

Qeyd edək ki, hacı Fuad Nurullayev bu təyinatadək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin iqtisadi məsələlər üzrə müşaviri idi. Həmin vəzifəyə o, bu ilin yanvarında gətirilmişdi. Ondan öncə isə hacı Fuad Bakı İslam Universitetində dekan vəzifəsində çalışıb. 
Bundan əlavə Hacı Fuad Nurullayev həm də İctimai Televiziyada Yayım Şurasının üzvüdür.

Fuad İzzət oğlu Nurullayev 1964-cü ilin sentyabr ayının 29-da Masallıda anadan olub. 1980-ci ildə Masallı rayon Mollaoba kənd məktəbini bitirib. 1989-cu ildə Qafqaz İslam Universitetinə daxil olub. 1994-cü ildə Universiteti bitirib. Həmin ildən Universitetdə müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə BİU-ya (Bakı İslam Universiteti) dekan vəzifəsinə təyin edilib. 2013-cü il yanvarın 10-dan bu günədək Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri vəzifəsində çalışıb. 

Ailəlidir, 3 övladı var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1418

Oxşar yazılar