Sumqayıtda yol qəzası: 1 ölü
01 noyabr 2013 10:44 (UTC +04:00)

Sumqayıtda yol qəzası: 1 ölü

0

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 33-cü kilometrliyində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Şahverdiyeva Narınc Ataxan qızı naməlum avtomobil tərəfindən vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.  

 

Hazırda polis hadisəni törədərək ərazidən qaçan sürücünün müəyyən edilərək saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1355

Oxşar yazılar