
Taleh Bağırova yeni hökm oxunub
“Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun barəsində yeni hökm oxunub.
Lent.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində hakim Ürfan Mürsəlovun sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.
T.Bağırova 5 ay həbs cəzası verilib.
Qeyd edək ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilir.
Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir. Bugünkü cəza Taleh Bağırovun əvvəlki cəzası ilə birləşdirib. Hazırda Taleh Bağırovun üzərində 18 il həbs cəzası qalıb.
Oxşar yazılar

Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40
Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33
Bakıda ərəb turistlərdən daha bir QALMAQALLI VİDEO
21 avqust 2025 , 18:50