Bu gün Şəki şəhərində uşaq bağçasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 300 kvadrat metr olan 1 mərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 1 kvadrat metr sahədə yanıb. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunb.
Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.