Xəzər dənizinin Dağıstan Respublikası sahillərində 320-dən çox ölü suiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS regional təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölü heyvanların cəsədləri Sulak çayının mənsəbi ilə Terek çayı arasındakı sahildə aşkar edilib.