Yevlaxda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Xaldan kəndində qeydə alınıb.
Kənd sakini, 1935-ci il təvəllüdlü Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyiminə od düşüb. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alarn qadın xəstəxanaya yerləşdirilib. O, aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.