Balalarını belində daşıyır:  alimlər unikal “kisəli” qurbağa  növü tapdılar
11 aprel 2026 17:32 (UTC +04:00)

Balalarını belində daşıyır: alimlər unikal “kisəli” qurbağa növü tapdılar

0

Perunun dağ meşələrində alimlər qeyri-adi çoxalma üsuluna malik yeni kiçik qurbağa növü aşkar ediblər. Bu qurbağa yumurtalarını belində yerləşən xüsusi “kisədə” daşıyır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Perunun Amazon bölgəsində tapılan bu yeni növ Gastrotheca mittaliiti adlandırılıb və çoxalma xüsusiyyəti ilə seçilir.

Qurbağa Amazon bölgəsinin dağ ekosistemində, Ekvador sərhədinə yaxın ərazilərdə tapılıb. Yetkin fərdlərin uzunluğu cəmi 2,7–3,3 santimetrdir. Onlar parlaq yaşıl rəngə malikdir və bellərində kiçik çıxıntılar var. Növün təbiətdə dəqiq sayı hələ məlum deyil.

Əksər qurbağalardan fərqli olaraq, bu növ yumurtalarını suya qoymur. Əvəzində balalarını belində yerləşən xüsusi “kisədə” inkişaf etdirir. Bu xüsusiyyət sayəsində embrionlar su mühitinə bağlı olmadan inkişaf edə bilir.

Tədqiqatçılar bildirir ki, yeni aşkar olunan bu amfibiya artıq təhlükə altındadır. Onun yaşayış mühiti iqlim dəyişikliklərindən, həmçinin kənd təsərrüfatı məqsədilə meşələrin yandırılması nəticəsində yaranan yanğınlardan zərər görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar