Hansı itlər əsl ovçudurlar? - “kəşfiyyatçı” 7 cins
06 sentyabr 2025 13:17 (UTC +04:00)

Hansı itlər əsl ovçudurlar? - “kəşfiyyatçı” 7 cins

0

Bu it cinsləri güclü ov instinkti ilə seçilirlər. Əgər siz cəsur və enerjili itləri sevirsinizsə, bəlkə də ovçuluq instinkti yüksək olan cins saxlamaq istəyərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, belə iti saxlamaq böyük məsuliyyətdir.

Lent.az bu tip aktiv itlərin yeddi cinsini təqdim edir:

Doberman

Bu güclü, əzələli cins 1890-cı ildə vergi inspektoru Luis Doberman tərəfindən işində kömək edəcək qorxusuz və güclü yoldaş kimi yaradılıb. Dobermanlar möhkəm bədən quruluşu, uzun sifəti və zərif yerişi ilə seçilir, güclü ov instinktlərinə malikdirlər. Onlar ağıllı, qorxmaz və olduqca ayıqdırlar ki, bu da onları dünyanın ən yaxşı mühafizə itlərindən birinə çevirir.

Alyaska malamutu

Alyaska malamutu əsl xizək iti kimi görünür və elə bu məqsədlə də yaradılıb. Digər arktik cinslər kimi, malamutların güclü ov instinkti var, lakin eyni zamanda öz ailə qrupunda mehriban və oynaqdır.

Border-kolli

Border-kolli ənənəvi çoban itlərinin nəslindəndir və çox ağıllı çoban itidir. Onların işgüzar olmaları ilə bağlı reputasiyası var, cansıxıcılıq isə bu cins üçün əsl fəlakətdir. Amma əgər siz ona kifayət qədər fiziki və zehni stimul verə bilsəniz, bu mehriban it əla dost ola bilər. Eyni zamanda ən ağıllı cinslərdən biridir.
Onlarda güclü ov instinkti də var hərəkət edən hər şeyi, o cümlədən digər heyvanları təqib etməyə meyllidirlər.

Cek-Rassel-Terrier

Bu cins əvvəllər tülkülərə ovda kömək etmək üçün yaradılmışdı. Bütün terrierlər kimi, Cek-Rassel də güclü ov instinktinə malikdir və hərəkət edən hər şeyin hətta avtomobillərin də ardınca qaça bilər.

Veymaraner

Bu alman ov iti cinsi 19-cu əsrdə yaranıb. Veymaraner sürəti, dözümlülüyü və zəkası ilə tanınır.

Onların ovçuluq tarixi var və yüksək ov instinkti daşıyırlar. Bu, sincab, dovşan, pişik kimi kiçik heyvanların ardınca qaçmaqla özünü göstərə bilər. Amma yaxşı təlimlə bu ağıllı və cazibədar it əla ev heyvanına çevrilə bilər.

Qreyqaund

Qreyqaund evdə çox mehriban və dostcanlı yoldaşdır. Onlar sürəti, incə baş quruluşu və hamar tükləri ilə məşhurdurlar. Lakin bu cins uzun illər ov və qaçış yarışları üçün yetişdirildiyindən çox güclü ov instinktinə sahibdir.

Belçika çoban iti malinoa

Əgər dərin və uzunmüddətli bağ qura biləcəyiniz bir it axtarırsınızsa, belçika malinoası sizin üçündür. Bu cins məşğul olmağı sevir, ona görə də ona çoxlu diqqət və fəaliyyət lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar