Şahzadə FİFA İcraiyyə Komitəsinə üzv seçildi
06 yanvar 2011 17:51 (UTC +04:00)

Şahzadə FİFA İcraiyyə Komitəsinə üzv seçildi

0
Lent.az-ın məlumatına görə, Əl-Hüseyn Asiya Futbol Konfederasiyasının (AFC) Qətərin paytaxtı Dohada keçirilmiş Konqresində Cənubi Koreyadan olan əvvəlki vitse-prezident Çxun Mon Çunu üstələyib.

Onun xeyrinə 25, Çuna isə 20 səs veriblər. Bununla da koreyalının iyunda keçiriləcək seçkidə FİFA prezidenti olmaq istəyi xeyli azalıb. Baxmayaraq ki, Çun 16 ildir FİFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.

Məhəmməd ibn Həmmam isə yenidən AFC-nin prezidenti seçilib. 61 yaşlı qətərli bu posta yeganə namizəd olub. O, artıq 8 ildir ki, quruma rəhbərlik edir.

Qeyd edək ki, Əli ibn Əl-Hüseyn 1999-cu ildən İordaniya Futbol Assosiasiyasına rəhbərlik edir. O, 2000-ci ildə Qərbi Asiya Futbol Federasiyasının əsasını qoyub. Bu quruma Qətər, İran, İraq və Pakistan futbol federasiyaları daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar