Çempionlar Liqası: “Real Madrid” 7 ildən sonra ¼ finalda!
Lent.az-ın məlumatına görə, bu gecə keçirilmiş 1/8 final mərhələsinin son cavab oyunlarından sonra İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klubları növbəti mərhələyə yüksəliblər.
“Çelsi” Danimarkada 2:0 hesabı ilə yendiyi “Kopenhagen”lə İngiltərədə heç-heçə edib – 0:0. “Real Madrid” isə Fransada 1:1 hesablı heç-heçə etdiyi Lion”u İspaniyada darmadağın edib. Bununla da “Çelsi” və “Real Madrid” ötən mövsüm ¼ finala qazana bilmədikləri vəsiqəyə indi sahib çıxıblar. 2009-2010-cu il mövsümündə “zadəganlar”ın qarşısını İtaliya “İnter”i kəsmişdi. “Kral klubu” isə məhz “Lion”a uduzaraq, mübarizəni dayandırmışdı. Ümumiyyətlə, “Real Madrid” 2003-2004-cü il mövsümündən bəri ¼ finala çıxa bilmirdi.
“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 0:0
“Real Madrid” (İspaniya) – “Lion” (Fransa) - 3:0
Marselo, 37. Kərim Benzema, 66, Anxel Di Mariya, 76
Beləliklə, İngiltərənin “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”, İspaniyanın “Real Madrid” və “Barselona”, eləcə də Ukraynanın “Şaxtyor”, Almaniyanın “Şalke 04”, İtaliyanın “İnter” klubları ¼ finala yüksəliblər. 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi martın 18-də keçiriləcək.

Oxşar yazılar

Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30