Berti Foqts: “Belçikanın arxayınlığından maksimum yararlanmalıyıq”
Lent.az-ın məlumatına görə, baş məşqçi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan oyunu barədə fikirlərini bildirib.
“Doqquz gün davam edən hazırlıqdan çox razı qalmışam. Belə şərait yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm” deyə sözlərinə başlayan Foqts futbolçuların məşqdə özlərini yaxşı tərəfdən göstərdiklərini söyləyib: “Onlardan razıyam. Yetirmələrim bunu oyunda da sübut etməlidirlər. Onlara inamım böyükdür. Ancaq əsas tələbim odur ki, 90 dəqiqə soyuqqanlı və aqressiv oynasınlar. Bacardıqlarını meydanda sübut etsinlər”.
Belçika yığmasını çox sürətli komanda kimi dəyərləndirən təcrübəli mütəxəssis rəqibin oyuna arxayın çıxacağını ehtimal edib: “Onlar Avstriyanı məğlub etdiklərindən, meydana bir qədər arxayın çıxacaqlar. Biz də bundan maksimum istifadə etməliyik”.
Qeyd edək ki, Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02