
“Neftçi” autsayderə uduzdu
Lent.az-ın məlumatına görə, flaqman Tofiq Bəhramov adına Respublika stadionunda “Simurq”la qarşılaşıb. Çempionatın lideri gözlənilmədən autsayderə uduzub – 0:2. Bu görüşdə milli komandaların düşərgəsində olan futbolçular və əsas qapıçı Rauf Mehdiyev flaqmanın heyətində meydançaya çıxmayıb. Baş məşqçi Arif Əsədov qapıçı qismində qışda transfer edilən Vitali Kovalyova şans verib. “Simurq” isə 39-cu dəqiqədən etibarən azlıqda qalıb. Buna Zaqatala komandasının futbolçusunun Flavinyoya qarşı kobudluğu səbəb olub. Bununla belə, qonaqlar hər hissədə bir qol vuraraq qələbə qazanıblar.
Qeyd edək ki, “Simurq” daha öncə yoxlama matçında “Qarabağ”a eyni hesabla uduzub. “Neftçi” Unibank Premyer Liqasında növbəti görüşünü məhz Ağdam komandasına qarşı keçirəcək.
Qeyd edək ki, “Simurq” daha öncə yoxlama matçında “Qarabağ”a eyni hesabla uduzub. “Neftçi” Unibank Premyer Liqasında növbəti görüşünü məhz Ağdam komandasına qarşı keçirəcək.
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02