“Qalatasaray”dan Droqbaya 24 milyonluq təklif
0
0
Lent.az-ın “htspor.com”-a istinadən verdiyi məlumata görə, sarı-qırmızılar kot-di-vuarlı hücumçu üçün təklif etdikləri məbləği daha 4 milyon avro artırıblar. “Qalatasaray” klubu forvardı İstanbula gətirmək üçün 20 milyon deyil 24 milyon avro ödəyə biləcəyini açıqlayıb. Droqbaya 4 illik müqavilə təklif edən aslanlar onun hər ili üçün 6 milyon avrodan keçməyə hazırdır. Verilən məlumatlara görə, Didye Droqba “Qalatasara”ın onun transferi üçün təklif etdiyi məbləğdən razı qalıb. Futbolçu son sözünü deməsə də, onun menecerləri məsələ ilə bağlı araşdırmalar aparır.
0
0