Azərbaycanda yeni idman proqramı efirə çıxır
0
0
Lent.az-ın məlumatına görə, saat 22:45-də “Space” telekanalının canlı efirində “Qol” verilişinin ilk buraxılışı nümayiş etdiriləcək.
Proqramın aparıcısı həmkarımız Aqşin Əliyevdir. Qonaqlar isə veteran futbolçu Asim Xudiyev, “KVN-şik” Bəhram Bağırzadə və tanınmış jurnalist Elnur Əşrəfoğlu olacaq. Bir saatlıq verilişdə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq. Bunlar Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbirlər, milli komandamızın iyunun 7-də Almaniya yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçı, “Neftçi”nin Azərbaycan çempionluğu, “Xəzər Lənkəran”ın ölkə kubokunu qazanması və digər məsələlərə dair süjetlər olacaq, mütəxəssis rəyləri dinləniləcək.
Veriliş bundan sonra həftədə bir dəfə yayımlanacaq.