19 yaşlı hokkeyçi sevgilisi ilə   görüş zamanı öldü
04 avqust 2026 13:08 (UTC +04:00)

19 yaşlı hokkeyçi sevgilisi ilə görüş zamanı öldü

0

19 yaşlı rusiyalı hokkeyçi Amir Xanov Ufada görüş zamanı vəfat edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc idmançı sevgilisi ilə birlikdə qatıldığı modelləşdirmə seminarı zamanı huşunu itirib. O, daha sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Xanov 2017-ci ildən 2023-cü ilə qədər “Salavat Yulaev” komandasında oynayıb və son iki mövsümü Milli gənclər hokkey liqasında keçirib, “Samara” və Rıbinskin “Polet” komandalarında oynayıb. 2022/2023 mövsümündə Rusiya Volqa bölgəsi çempionatında “Salavat Yulaev-2007” komandasının ən çox qol vuran müdafiəçisi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar