54 ildən sonra ilk dəfə:  İspaniya Qış Olimpiya Oyunlarında qızıl medal  qazandı
20 fevral 2026 16:32 (UTC +04:00)

54 ildən sonra ilk dəfə: İspaniya Qış Olimpiya Oyunlarında qızıl medal qazandı

0

Fernando Oçoa İspaniya üçün sonuncu dəfə 1972-ci ildə qızıl medal qazanıb.

İspaniya 54 ildən sonra ilk dəfə Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Oriol Kardona 2026-cı il Olimpiya Oyunlarında yeni idman növü olan xizək alpinizmində qızıl medal qazanıb.

Kardonanın medalı İspaniyanın Qış Olimpiya Oyunlarında 54 ildən sonra qazandığı ilk qızıl medal olub. İspaniya sonuncu dəfə 1972-ci ildə Fernando Oçoa qızıl medal qazanıb.

Bu arada, Ana Alonso qadınlar arasında xizək alpinizmində bürünc medal qazanıb. Bu, İspaniyanın 2026-cı il Olimpiya Oyunlarında qazandığı medalların ümumi sayını ikiyə çatdıraraq ümumi hesabda 18-ci yeri tutmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar