Azərbaycan boksçularından böyük uğur
14 avqust 2022 11:07 (UTC +04:00)

Azərbaycan boksçularından böyük uğur

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokunda yarımfinal mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışın bu mərhələsində rinqə çıxan Azərbaycan millisinin 5 üzvünün hər biri qələbə qazanaraq finala yüksəlib.

46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gəlib. Boksçumuz Nikola Maksimoviçin (Serbiya) ardınca bu rəqibini də 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Nəzərov finalda komanda yoldaşı Faiq Mollayevlə qarşılaşacaq.

Mollayev yarımfinalda Nikolas Bonku (Rumıniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Tağı Nəsibov (50 kq) da günü qələbə ilə başa vurub. O, Nikola Mihailoviçdən (Serbiya) sonra italiyalı Françesko Krusillanı da məğlub edib – 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28). Nəsibov finalda Daniel İrofte (Rumıniya) ilə üz-üzə gələcək.

Simon Qlorioso (İtaliya) və Dani Qriqorini (Rumıniya) mübarizədən kənarlaşdıran Məhəmmədəli Aşırəliyev (54 kq) yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşüb. Milli üzvü görüşü 5:0 (30:27, 30:26, 30:27, 30:26, 30:25) hesabı ilə aktivinə yazıb. O, çempionluq üçün Aydar Kadirxanla (Qazaxıstan) qüvvəsini sınayacaq.

Məhəmmədəli Qasımzadə (57 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. Tisiano Alkiati (İtaliya), Daniel Frankı (Macarıstan) məğlub edən boksçumuz 3-cü qarşılaşmada bolqarıstanlı Viktorio İlyevə də 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmada rəqibi Arun Tudoroiu (Rumıniya) olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2704

Oxşar yazılar

Oyun zamanı baş məşqçi huşunu itirdi

Oyun zamanı baş məşqçi huşunu itirdi

3 may 2025 , 16:56
Alonsonu  o əvəzləyəcək

Alonsonu o əvəzləyəcək

3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik  SİMVOLU - ÇEMPİON "Traktor"

Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"

3 may 2025 , 10:45
"Hiyləgər plan"  uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi,  amma...

"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...

3 may 2025 , 09:50
"Traktor" İran çempionu  oldu: İLK DƏFƏ

"Traktor" İran çempionu oldu: İLK DƏFƏ

2 may 2025 , 22:12
 Qərarı qətidir:   “Mançester Siti”dən ayrılacaq

Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq

2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna  7 namizəd - SİYAHI

“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI

2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

2 may 2025 , 14:27