"Barselona" - "Atletiko" oyunun hakimi  Çempionlar Liqasından kənarlaşdırıldı
10 aprel 2026 19:46 (UTC +04:00)

"Barselona" - "Atletiko" oyunun hakimi Çempionlar Liqasından kənarlaşdırıldı

0

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) hakim İştvan Kovaçın "Barselona" və "Atletiko" (0-2) arasında oyuna görə Çempionlar Liqasının qalan hissəsindən kənarlaşdırılıb. Rumıniyalı hakim oyun zamanı bir neçə ciddi səhvə yol verib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla belə Kovaç 2026-cı il Dünya çempionatında hakimlik edəcək. Onun adı FİFA siyahısına daxil edilib.

Bundan əvvəl "Barselona" hakimlik və VAR ilə bağlı UEFA-ya rəsmi şikayət edib.

"Barselona" ilə "Atletiko" arasında cavab oyunu 14 apreldə Madriddə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar