“Barselona” bombardir hücumçunu  alır - QİYMƏTİ
06 dekabr 2025 19:49 (UTC +04:00)

“Barselona” bombardir hücumçunu alır - QİYMƏTİ

0

“Barselona” növbəti transfer pəncərələri üçün planlama aparır və klubun əsas prioritetlərindən biri dünya səviyyəli mərkəz hücumçusu almaqdır.

Lent.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martinez blauqrana komandasının siyahısına daxil olan futbolçulardan biridir.

Məlumata görə, 28 yaşlı futbolçu hazırda bazarı araşdıran və yeni səviyyəli hücumçu axtaran “Barselona”nın idman direktoru Dekunun əsas transfer hədəfinə çevrilib.

Cari mövsümdə Martinez bütün turnirlərdə 17 oyunda iştirak edib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 85 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar