"Barselona" əlavə vaxtda "Real"ı məğlub etdi
20 mart 2023 02:45 (UTC +04:00)

"Barselona" əlavə vaxtda "Real"ı məğlub etdi

İspaniya çempionatının 26-cı turu çərçivəsində "Barselona" "Kamp Nou"da "Real Madrid"i qəbul edib. 
Lent.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. Vinisius kəskin bucaqdan vurduğu top Araujonun başına dəydi, ona toxunduqdan sonra Ter Stegenin qapısından keçib.

Meydan sahibləri ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirə bildilər.  

Əlavə vaxtda Frank Kessini komandasına qələbə qazandırdı.

# 1854
avatar

Oxşar yazılar