"Barselona" futbol hakiminə  rüşvət verməkdə   təqsirli bilindi
28 sentyabr 2023 14:56 (UTC +04:00)

"Barselona" futbol hakiminə rüşvət verməkdə təqsirli bilindi

"Barselona" İspaniya Kral Futbol Federasiyasının keçmiş vitse-prezidenti Enrikes Neqreyraya rüşvət verməkdə təqsirli bilinib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müəyyən edilib ki, klub mütəxəssisə ümumilikdə təxminən 7,5 milyon avro ödəyib. Barselona İstintaq Məhkəməsinin rəhbəri Xoakin Aqurre bu ödənişi komandanın maraqlarını təşviq etmək üçün qanunsuz hərəkət kimi qiymətləndirib. Bu işdə hakim və “Barselona”dan başqa, Neqreyranın oğlu, habelə Kataloniya klubunun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rosel də ittiham olunur.

“Barselona” İspaniyanın ən titullu futbol klubudur. Komanda 27 dəfə ölkə çempionu, 5 dəfə Çempionlar Liqası və 5 dəfə UEFA Superkubokunun qalibi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7983
avatar

Oxşar yazılar