“Barselona” Levandovskiyə alternativ tapdı
14 may 2022 18:12 (UTC +04:00)

“Barselona” Levandovskiyə alternativ tapdı

“Atletiko”nun hücumçusu Alvaro Morata yenidən İspaniyaya qayıda bilər.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, hazırda icarə əsasında “Yuventus”da çıxış edən ulduz futbolçu “Barselona”nın maraq dairəsindədir.

“Bavariya”dan Robert Levandovskini transfer etməyə çalışan kataloniyalıların bu istəyi baş tutmasa, alternativ variant kimi Morata ilə danışıq aparılacaq. “Real”ın yetirməsi özü də vətənə dönməyin əleyhinə deyil.

Qeyd edək ki, Alvaro Morata bu mövsüm A seriyasında 34 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.

# 2040
avatar

Oxşar yazılar