Baş məşqçiyə vaxt verildi –  QOVULA BİLƏR
29 sentyabr 2022 18:22 (UTC +04:00)

Baş məşqçiyə vaxt verildi – QOVULA BİLƏR

"Vest Hem"də bu mövsümün əvvəlində işlər yaxşı getmir. 

Lent.az-ın xəbərinə görə, komanda İngiltərə Premyer Liqasında yeddi oyundan cəmi dörd xal toplayıb və hazırda turnir cədvəlində 18-ci yerdədir.

Transfer pəncərəsi zamanı heyəti gücləndirmək üçün rekord xərclər, o cümlədən klub tarixində braziliyalı yarımmüdafiəçi Lukas Paketanın simasında ən bahalı oyunçu alınsa da, bu vəziyyət London klubunun rəhbərliyini qane etmir. 

“The Telegraph”ın xəbərinə görə, zəif nəticələrə görə baş məşqçinin üzərinə qara buludlar yığılır. Devid Moyes İngiltərə Premyer Liqasında mövsümə uğursuz startdan sonra tezliklə vəziyyəti düzəltməsə, qovula bilər.

Moyesin “Vest Hem”də baş məşqçisi kimi gələcəyi London komandasının “Vulverhempton”, “Fulhem”, “Sauthempton”, “Liverpul” və “Bornmut” ilə qarşılaşacağı növbəti beş liqa oyunu ilə müəyyən ediləcək.

Əgər bu oyunlardan sonra “Vest Hem” kifayət qədər xal toplamasa, mütəxəssis işini itirəcək, klub isə yeni baş məşqçi axtarmağa başlayacaq.

# 2196
avatar

Oxşar yazılar