Bastiliyanın alınması günündə  Fransanın məğlubiyyəti...  Makronun REAKSİYASI
15 iyul 2026 19:59 (UTC +04:00)

Bastiliyanın alınması günündə Fransanın məğlubiyyəti... Makronun REAKSİYASI

0

Bastilyanın alınması günündə Fransa lideri Didye Deşamın komandasının 0:2 hesabı ilə uduzduğu və kubok uğrunda mübarizəyə son qoyduğu oyunu izləyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Fransa prezidenti Emmanuel Makron milli komandanın Dünya çempionatının yarımfinalında İspaniyaya məğlubiyyətini şərh edib.

Final fitindən sonra Makron İspaniya komandasını finala çıxması münasibətilə təbrik edib, fransız oyunçularına fədakar oyunlarına görə təşəkkür edib və acı məğlubiyyətdən sonra komandaya dəstəyini bildirib.

"İrəliyə doğru getdiyi üçün İspaniyaya bravo. Rənglərimizi tam sədaqətlə qoruduqları üçün "mavilər"ə təşəkkür edirəm.

Bugünkü məğlubiyyət çətin olsa da, bu komanda gəncdir və böyük gələcəyi var", - Makron yazıb.

Fransanın 2026-cı il Dünya çempionluğu uğrunda mübarizəsi yarımfinalda başa çatıb, İspaniya isə finalda titul uğrunda mübarizəsini davam etdirəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar