“Bavariya” Premyer Liqanın  istedadını əldə etmək   istəyir
25 mart 2025 09:57 (UTC +04:00)

“Bavariya” Premyer Liqanın istedadını əldə etmək istəyir

"Bavariya" heyətini Premyer Liqanın autsayderinin oyunçusu ilə gücləndirilə bilər.

Lent.az xarici KİV-ə istinala xəbər verir ki, Münhen klubu Tayler Dibblinqin futbolçu kimi inkişafını izləyir. Klubun idman və baş direktorları Maks Eberl və Kristian Froynd 19 yaşlı vingerin çıxışı ilə bağlı çox yaxşı təəssüratlara malikdir.

Eyni zamanda, qeyd edilir ki, Münhen komandası hələ oyunçunun nümayəndələri ilə əlaqə saxlamayıb, lakin gələcəkdə bunu etməyi planlaşdırır.

Dibblinq bu mövsüm Premyer Liqada "Sauthempton"da debüt edib. Ümumilikdə o, komandanın heyətində 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar