Bundesliqa tarixində yeni rekord
20 aprel 2025 07:21 (UTC +04:00)

Bundesliqa tarixində yeni rekord

Futbol üzrə Almaniya çempionatının 30-cu turu çərçivəsində “Union Berlin” ilə “Ştutqart” arasında keçirilən və 4:4 hesabı ilə başa çatan qarşılaşmada rekord qeydə alınıb.

Lent.az xəbər verir ki, qolların hamısının ilk yarıda qeydə alındığı bu qarşılaşma birinci hissədə ən çox qol vurulan oyun kimi Bundesliqanın, eləcə də Almaniyanın futbol tarixinə düşüb.

Bundesliqada sonuncu dəfə bir hissədə ən çox qol 1982-ci ildə “Borussiya Dortmund”un “Arminia Bielefeld”i 11:1 hesabı ilə məğlub etdiyi oyunun ikinci hissəsində vurulub.

Həmin görüşdə qolların 10-u ikinci hissədə vurulub.

Lakin birinci hissədə 8 qolun qeydə alınması Bundesliqa tarixində ilk dəfə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817

Oxşar yazılar