Çempionlar Liqası:  “Sabah” “play-off” mərhələsinə yüksəldi
11 avqust 2026 21:59 (UTC +04:00)

Çempionlar Liqası: “Sabah” “play-off” mərhələsinə yüksəldi

0

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, Bakıda keçirilən qarşılaşmada hesabı 59-cu dəqiqədə Velko Simiç açıb.

Daha sonra Stiv Solvet 67-ci, Joy-Lans Mikels 79-cu, Kandar Severina isə 89-cu dəqiqədə fərqlənib.

Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” “Orhus”u 5:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar