Dünya çempionatının finalında döyülən  futbolçu cəzadan NARAZIDIR
29 avqust 2026 14:54 (UTC +04:00)

Dünya çempionatının finalında döyülən futbolçu cəzadan NARAZIDIR

0

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının finalından sonra baş verən dava və buna görə verilən cəzalar barədə fikirlərini bölüşüb.

Lent.az xəbər verir ki, Paredes İspaniya millisinin oyunçusuna verilən cəzadan narazı olduğunu deyib:

“Bizə verilən həddindən artıq sərt cəzadır. Qavinin cəmi bir oyunluq diskvalifikasiya olunması qəribədir, çünki sinəmə zərbə vuran məhz o idi”.

Xatırladaq ki, dünya çempionatının finalında İspaniya Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra 32 yaşlı Leandro Paredes və digər futbolçuların iştirakı ilə insident yaşanıb.

Araşdırmadan sonra Argentina millisindən Paredes 10, Nauel Molina 7 oyunluq diskvalifikasiya edilib. Tiaqo Almada və məşqçilər korpusunun üzvü Roberto Ayala, həmçinin İspaniya millisində yarımmüdafiəçi Qavi 1 oyunluq cəza alıblar.

Dünya çempionatı başa çatdıqdan sonra Paredes Argentina millisində karyerasını bitirməyi düşündüyünü bildirib.

O, milli komandanın heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə — 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.

Paredes Argentina millisində keçirdiyi 84 oyunda 5 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar