Zinəddin Zidanın Fransa millisini baş məşqçisi Didye Deşamı əvəz edəcəyi gözlənilir
Əfsanəvi fransız futbolçusu və məşqçisi Zinəddin Zidan Dünya çempionatıdan sonra Fransa milli komandasına rəhbərlik etməyə hazırdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 54 yaşlı mütəxəssis millinin sükanı arxasında Didye Deşamı əvəz edəcək. Zidanın milli komanda ilə müqaviləsi 2030-cu il Dünya çempionatına qədər davam edəcək.
Digər tanınmış insayder Fabritsio Romano da Zidanın Fransa millisinin yeni baş məşqçisi olacağını qeyd edib.
O, 2026-cı il Dünya çempionatında üçüncü yer uğrunda qarşılaşmanın Deşamın Fransa millisinin baş məşqçisi kimi son oyunu olacağını təsdiqləyib.
Deşam Fransa millisinə 2012-ci ilin iyul ayında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında milli 2016-cı ildə Avropa çempionatının finalına çıxıb, 2018-ci ildə Dünya çempionatını qazanıb, 2022-ci il Dünya çempionatında ikinci yeri tutub və 2021-ci ildə Millətlər Liqasını qazanıb.
Qeyd etmək lazımdır ki, Zidan 2021-ci ildə "Real"ın baş məşqçisi vəzifəsindən istefa verdikdən sonra işsiz qalıb.