“Əl-Nəsr” Ronaldo ilə müqaviləni uzatdı
26 iyun 2025 17:43 (UTC +04:00)

“Əl-Nəsr” Ronaldo ilə müqaviləni uzatdı

"Əl-Nəsr" Kriştiano Ronaldo ilə müqavilənin uzadıldığını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı hücumçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

Kriştiano 2023-cü ilin yanvarından Ər-Riyad komandasında çıxış edir. Ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar