Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır
05 aprel 2025 09:42 (UTC +04:00)

Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır

0

Səudiyyə Ərəbistanı çempionatı klubları "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne ilə xüsusi maraqlanır.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu ilə ikinci diviziondan “Əl-Qadisiya” və “Neom” maraqlanır. Ona Avropadan da təkliflər gəlib. Amerika klubları da De Bruyneni heyətinə qatmaq istəyir. Belçikalının özü də Ərəbistan çempionatına getməkdənsə, MLS-ə keçidə üstünlük verir.

Qeyd edək ki, De Bruyne mövsümün sonunda "Mançester Siti"ni tərk edəcəyini açıqlayıb. O, bu mövsüm 30 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1282

Oxşar yazılar