FİFA Dünya çempionatından rekord gəlir əldə edib
19 iyul 2026 17:19 (UTC +04:00)

FİFA Dünya çempionatından rekord gəlir əldə edib

0

FİFA 2026-cı il Dünya çempionatından əldə olunan gəlirlərin məbləğini açıqlayıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, qurum turnirdən 15 milyard dollar (11,2 milyard funt-sterlinq) gəlir əldə etdiyini bəyan edib.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, FİFA-nın ilkin gəlir proqnozu 11 milyard dollar həcmində olub. Gəlirin gözləniləndən 4 milyard dollar çox olması əsasən bilet və turistik xidmətlərdən, xüsusən də ikinci dərəcəli bilet bazarından əldə olunan vəsaitlər hesabına mümkün olub.

FİFA "ikinci bazar"da bilet alıcılarından 15%, satıcılardan isə əlavə 15% komissiya haqqı tutub.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino bu barədə məlumatı şənbə günü quruma üzv olan assosiasiyalara çatdırıb. Əldə olunan əlavə gəlirin assosiasiyalar arasında bölüşdürülməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1378

Oxşar yazılar