Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu "Qızıl top"un mümkün qalibləri ilə bağlı fikirlərini bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Real”ın keçmiş ulduzunun fikrincə, mötəbər mükafata əsas iddiaçılar eyni vaxtda üç futbolçudur.
"Klublararası dünya çempionatının "Qızıl top"a heç bir təsir edəcəyini düşünmürəm. Fikrimcə, üç əsas namizəd Vitinya, Lamin Yamal və Ousman Dembeledir.
Portuqaliyalının qalib gəlmək şansı yüksəkdir, lakin burada hər şey səs verən insanlardan asılı olacaq”, - Fiqu vurğulayıb.