Rumıniya milli komandasının baş məşqçisi vəzifəsində Mirça Luçeskunun yerinə gələn Georgi Hacının maaşı açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun aylıq 27 min avro maaş alacağı bildirilir.
Rumıniya milli komandası Slovakiyaya məğlubiyyətdən sonra 80 yaşlı məşqçi Mirça Luçesku ilə yollarını ayırıb.
Rumıniya milli komandasının yeni baş məşqçisi Georgi Hacı Luçeskunun yerinə təyin edilib. 61 yaşlı təcrübəli məşqçinin Rumıniyada aylıq maaşı açıqlanıb.
Rumıniya mətbuatında yer alan xəbərlərə görə, müqaviləyə əsasən, Georgi Hacı milli komandada Mirça Luçesku ilə eyni maaşı alacaq. Beləliklə, təcrübəli məşqçi Luçesku ilə eyni məbləğdə, yəni ayda 27 min avro qazanacaq.
Bu arada, Hacının baş məşqçi kimi ilk oyunu müəyyənləşib. Onun məşqçilik karyerasında ilk oyunu iyunun 2-də Tbilisidə Gürcüstana qarşı yoldaşlıq oyunu olacaq.