Gürcüstan Çexiya ilə heç-heçə  oynadı
22 iyun 2024 19:08 (UTC +04:00)

Gürcüstan Çexiya ilə heç-heçə oynadı

Avro-2024-ün qrup mərhələsinin ikinci turunun oyununda Gürcüstan və Çexiya milliləri heç-heçə oynayıb. 

Lent.az xəbər verir ki, Hamburqda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Gürcüstan millisinin hücumçusu Jorj Mikautadze qarşılaşmada hesabı birinci hissənin 3-cü uzatma dəqiqəsində əllə oyuna görə çexlərin qapısına  təyin olunan penaltini dəqiq yerinə yetirərək açıb.

Çexlər 59-cu dəqiqədə Patrik Şikin dəqiq zərbəsi ilə hesabı bərabərşlədirib. Şik üçün bu, onun Avropa çempionatındakı altıncı qolu olub. O, bu göstəricidə Milan Baroşu qabaqlayıb və qitə çempionatlarında Çexiya millisinin bombardiri olub.

Avropa çempionatına Çexiya və Gürcüstan hər biri ilk xalı toplayıb və F qrupunda autsayder olaraq qalırlar. Son turda çexlər Türkiyə, gürcülər isə Portuqaliya ilə qarşılaşacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Oxşar yazılar