Hollan çox nadir “Mercedes”  aldı - dünyada cəmi 150-si var
31 mart 2026 13:57 (UTC +04:00)

Hollan çox nadir “Mercedes” aldı - dünyada cəmi 150-si var

0

Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.000 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.000 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir.

Məlumata görə, Hollan nadir bir “Mercedes” olan “Maybach Virgil Abloh”un sahibi olub. Avtomobil məhdud sayda, cəmi 150 ədəd istehsal olunub.

Bu lüks avtomobil, “Louis Vuitton”un mərhum bədii rəhbəri ilə əməkdaşlıq çərçivəsində yaradılan ən son eksklüziv S-Class modelidir.

“Maybach”ın qiyməti təxminən 400.000 funt sterlinqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar