"İnfantino  dərhal getməlidir"   - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD
06 avqust 2026 13:05 (UTC +04:00)

"İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD

0

"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ın keçmiş yarımmüdafiəçisi dünya futbolunun rəhbərini dərhal istefa verməyə çağıran emosional bir bəyanat yayıb.

Fiqu deyib: "FİFA-dakı problemlər haqqında 10.000 söz yaza bilərəm. Amma problemi həll etmək üçün yalnız iki söz kifayətdir: İnfantino getməlidir".

Portuqaliyalı FIFA prezidentini özünün və yaxınlarının xeyrinə təşkilat daxilində böyük dəyişikliklər etməyə çalışmaqda günahlandırıb.

Keçmiş futbolçu həmçinin FIFA rəhbərliyinin futbolun maraqlarından getdikcə uzaqlaşmasına qəzəbləndiyini bildirib. O qeyd edib ki, vəsait şübhəli kommersiya layihələrini həyata keçirməkdənsə, oyunun inkişafına, meydançaların tikintisinə və məşqçilərin hazırlanmasına yönəldilməlidir.

Fiqu həmçinin FİFA-nın əhəmiyyətli maliyyə ehtiyatlarını vurğulayaraq qeyd edib ki, təşkilat xarici investorları cəlb etmədən zəruri təşəbbüsləri həyata keçirmək üçün kifayət qədər daxili resurslara malikdir.

"İnfantino bizə vəd etdiyi FİFA prezidentliyini rüsvay etdi. O, yalan danışdı, fırıldaq etdi və xidmət etməli olduğu idman növünün hesabına öz ciblərini doldurmağa çalışdı... Futbolu xilas etmək üçün hələ gec deyil. O, getməlidir. Dərhal", - Fiqu yekunlaşdırıb.

Portuqaliyalı futbolçunun açıqlaması son zamanlar Canni İnfantinoya qarşı ən yüksək səviyyəli ictimai hücumlardan birinə çevrilib və artıq futbol ictimaiyyətində geniş ajiotaj yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar