İspaniya İtaliyanın məğlubiyyətsizlik  rekordunu təkrarladı
15 iyul 2026 03:40 (UTC +04:00)

İspaniya İtaliyanın məğlubiyyətsizlik rekordunu təkrarladı

0

İspaniya milli futbol komandası İtaliyanın ən uzun məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb.

Lent.az xəbər verir ki, İspaniya yığması buna futbol üzrə dünya çempionatının yarımfinalında Fransanı məğlub etməklə nail olub.

Beləliklə, komandanın məğlubiyyətsizlik seriyası 37 oyuna çatıb. İspaniya bu seriyanı 2024-cü ilin mart ayından davam etdirir.

İtaliya millisi də 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında ardıcıl 37 oyunda məğlub olmamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar